Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SÜLH.İNFO.az xəbər verir ki, hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada, 1948-ci il təvəllüdlü şəhər sakini Rasif Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.