İngiltərə millisinin keçmiş futbolçusu Qari Stivensin kiçik oğlu dörd yaşında faciəvi şəkildə dünyasını dəyişib.
SÜLH.İNFO.az "Mirror"a istinadən xəbər verir ki, Stevensin oğlu Cekdə qan xərçənginin nadir formasının diaqnozu qoyulmuşdu. Ötən il qoyulan miyelomonositik leykemiya diaqnozundan sonra Cek üçün kök hüceyrə transplantasiyası həyata keçirilmişdi. Cekin bədəninə köçürülən kök hüceyrə onun böyük qardaşı Oliverdən alınmışdı. Stevens əməliyyatdan sonra hüceyrələrin Cekin sümük iliyinə daxil olub ağ qan istehsal etməyə başlayacağına və oğlunun sağalacağına ümid edirdi.
59 yaşlı futbolçunun sabiq klubu "Everton" da hadisə ilə bağlı onun ailəsinə başsağlığı verib.
1980-ci illərin ortalarında "Everton"un sağ cinah müdafiəçisi olmuş Stevens karyerasına elə bu klubda başlayıb. Stevens İngiltərə millisində 46 oyun keçirib.