Cəlilabadda 16 gün əvvəl 20 yaşlı qızın itkin düşməsinin bir sıra təfərrüatlar məlum olub.
SÜLH.İNFO.az xatırladır ki, Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Zəkirə Nadir qızı bu il noyabrın 6-da rayon mərkəzində itkin düşüb.
Anası Sevinc Quliyevanın sözlərinə görə, həmin gün qızı Zəkirə ilə birlikdə paltar almaq üçün bazara gediblər.
Onlar alış-veriş edərkən Z.Mirzəyeva nəyəsə reaksiya verərək əsəbləşib və əsəbi halda bazardan uzaqlaşıb.
Ana qızını çox axtarsa da, tapa bilməyib. Sevinc Quliyevanın sözlərinə görə, qızı bir neçə il öncə psixi travma alıb. Onun dili tutulub. Buna görə əsəbləri tam pozulub. Z.Musayeva Lənkəranda bu xəstəlikdən müalicə olunub.
Qeyd edək ki, Z.Mirzəyeva 15 gündür polis tərəfindən axtarılır.
*************************************************
Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Bu barədə Sülh.İnfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur: