Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğluna qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.
SÜLH.İNFO.az xəbər verir ki, bununla da dövlət başçısı 17 məhkəmə iddiasını geri götürərək 4 milyon 460 min lirəlik təzminat məbləğindən imtina edib.
Xatırladaq ki, məhkəmələrdə Kılıçdaroğlunun 2011-2016-cı illər arasında mitinq və CHP-nin iclaslarında Ərdoğana qarşı səsləndirdiyi təhqiramiz ifadələrə baxılırdı.
Ərdoğan CHP liderinin “halallaşma” çağırışına toxunaraq, ona qarşı qaldırdığı iddiaları geri götürdüyünü, amma Kılıçdaroğlunun bunun qədir-qiymətini bilmədiyini deyib.
Türkiyə prezidenti məhkəmədə qalib gəldiyini və təqdim etdiyi imtina ərizəsində ona edilən hər cür hörmətsizliyi birdəfəlik bağışladığını vurğulayıb.