Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.