Naftalanda hərbiçi özünü binadan ataraq intihara cəhd edib.
SÜLH.İNFO.az-unikal-a istinadən xəbər verir ki, hadisə şərti olaraq 19-cu bina deyilən ünvanda baş verib. Həmin binanın 5-ci mərtəbəsində məskunlaşan 1998-ci il təvəllüdlü Süleymanov Elvin Faiq oğlu özünü yaşadığı binanın eyvanından yerə ataraq intihara cəhd edib.
Çoxsaylı bədən xədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhərində yerləşən hospitala çatdırılıb.
Qeyd edək ki, Elvin Süleymanov hərbçidir. Faktla bağlı araşdırma aparılır.