İrəvanda səhər tezdən başlayan etiraz aksiyasında 18 nəfər saxlanılıb.
SÜLH.İNFO.az xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub. Etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Bu zaman 18 nəfər polis tərəfindən saxlanılıb.
Ərazidə etiraz aksiyası davam edir.
***
Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.
Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.
Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.
İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.
Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.
Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.