​Ermənistanın keçmiş prezidenti istintaqa ÇAĞIRILDI

​Ermənistanın keçmiş prezidenti istintaqa
13:40 22.11.2021
204 Dünya
A- A+

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.

SÜLH.İNFO.az axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan bildirib.

Qeyd edək ki, söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən məşhur sahibkar Silva Ambartsumyanın işindən gedir. Bundan əvvəl Hambartsumyan Serj Sərkisyana rüşvət vermədiyini və onunla tanış olmadığını bildirib. O, indi ifadəsini dəyişib.