​“Şahdəniz 2” şimal cinahında hasilata BAŞLANILDI

​“Şahdəniz 2” şimal cinahında hasilata
13:50 22.11.2021
209 Ölkə
A- A+

“Şahdəniz 2” şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

SÜLH.İNFO.az BP şirkətinin açıqlamasına istinadən xəbər verir ki, 2021-ci ilin IV rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

"Mövcud “Şahdəniz 1” və “Şahdəniz 2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. çox) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 mlrd. standart kubmetr qaz və 3 mln. ton (təqribən 24 mln. barel) kondensat hasil edilib.