Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birlərini məlumatlandırıb, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər. Ermənistanın baş naziri Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də danışıb”, - məlumatda qeyd olunub.