​Millət vəkili görmə əngəlli gənclərlə görüşdü - FOTO

​Millət vəkili görmə əngəlli gənclərlə
17:22 22.11.2021
216 Toplum
A- A+

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva bir qrup görmə imkanları məhdud yaradıcı gəncin və görmə imkanları məhdud vətəndaşlarımızın ailəsində olub, onların qayğıları ilə tanış olub.

SÜLH.İNFO.az xəbər verir ki, millət vəkili onların mübarizliyindən çıxış edərək, “Həyat əngəl tanımır!” devizinin gerçək müstəvi üzərində maddiləşməsinin şahidi olduğunu vurğulayıb.

Həm fərdi mübarizlik, həm dövlət qayğısının bir yerdə imkanlar müstəvisi açdığını bildirən Q.Paşayeva onların heç zaman yalnız olmadığını, cəmiyyətimizin, dövlətimizin hər zaman onların yanında olduğunu söyləyib. 2019-cu ildə nəşr edilən “Zülməti dələn işıq” kitabını xatırladan Q.Paşayeva özəlliklə görmə imkanları məhdud yaradıcı gənclərin öz duyğu-düşüncələrini yaradıcı şəkildə ifadə etməklə həmyaşıdlarına yaxşı örnək olduğunu qeyd edib. Belə ortaq layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib.

Görmə imkanları məhdud vətəndaşlarımızın qayğıları ilə yaxından tanış olan Q.Paşayeva onların problemlərini, özəlliklə işsizliklə bağlı məsələləri parlamentdə qaldıracağını vəd edib.

Görüşün sonunda Nəfəs İB adından görmə imkanları məhdud ailələrə hədiyyələr təqdim olunub.