​Evini tərk edən daha 3 COVID-19 xəstəsi SAXLANILDI

​Evini tərk edən daha 3 COVID-19 xəstəsi
09:30 23.11.2021
202 Toplum
A- A+

Noyabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Sülh.İnfo.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.