​Zaqatalada restoran sahibi və toy təşkilatçısı cərimələndi

​Zaqatalada restoran sahibi və toy təşkilatçısı
10:59 23.11.2021
253 Toplum
A- A+

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Uzunqazmalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SÜLH.İNFO.az-a verilən məlumata görə, yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə “Şam” restoranında keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, mərasim barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.