Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.
SÜLH.İNFO.az xəbər verir, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov deyib.
O bildirib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur:
"Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm".