​Rusyönlülər aksiyaya çıxmadı – İrəvanda şok

​Rusyönlülər aksiyaya çıxmadı
11:59 23.11.2021
204 Dünya
A- A+

Ötən gün keçirilən aksiyada rusiyayönlü müxalifət iştirak etmədi.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, parlament müxalifəti (Robert Köçəryanın “Ermənistan” və Serj Sərkisyanın “Şərəf duyuram” fraksiyaları) sanki yerin altına girib, müxalif deputatlar zənglərə də cavab verməyiblər.

“Ötən gün İrəvanda ictimai-siyasi fəalların iştirakı ilə müxtəlif aksiyalar keçirildi, hərəkatın başladığı elan edildi. Aksiya iştirakçıları masada olan (Azərbaycanla müzakirə edilən – red.) sənədlərin ictimailəşməsini tələb edirdilər. Ancaq rusiyayönlü müxaliflər aksiyalara qatılmadı, onlar hətta zənglərə də cavab vermədilər. Görünür, onlar elə bir “taktika” seçmək istəyirlər ki, Rusiyaya qarşı çıxmasınlar”, - məlumatda bildirilib.

Qeyd edilib ki, sərhədlərin delimitasiya və demarkasiyasına Rusiya da təkid edir, ona görə də bu aksiyaya rusiyayönlülər qatılmayıb.

Xatırladaq ki, ötən gün İrəvanın bir neçə istiqamətində aksiyalara cəhd edilib, etirazçılar yolları bağlamağa çalışıblar. Ancaq onların sayı o qədər az olub ki, heç nəyə nail ola bilməyiblər.