​XİN Şimali Makedoniyaya başsağlığı VERDİ

​XİN Şimali Makedoniyaya başsağlığı
12:30 23.11.2021
203 Siyasət
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə XİN-in rəsmi Tvitter səhifəsində paylaşım edilib.

“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması nəticəsində 12-si uşaq olmaqla, 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub.