Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.
SÜLH.İNFO.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.
O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.