"Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır".
SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, o, sənədlərə baxanda görüb ki, nəinki sürücülərin maaşı kəsilib, hətta onlara əlavə kurslara dövlət hesabına cəlb edilib: “Mən Milli Məclisin sədrindən ötən günki çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm”.
Spiker Sahibə Qafarova isə tövsiyə edib ki, gələn dəfə sənədlərə əsaslanmayan, yanlış məlumatlara əsaslanan çıxışları bu Milli Məclisə daşımayaq və xalqımıza yanlış məlumat verməyək.