Ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Paytaxtda yerləşən bazarlarda aparılan müşahidəyə əsasən onu demək olar ki, daha çox artım meyvə və tərəvəz qiymətlərində müşahidə olunur.
SÜLH.İNFO.az Baku.Tv-yə istinadən xəbər verir ki, satıcıların məlumatına görə idxal məhsullarının qiyməti daha çox artıb.
"Yerli məhsullarımız daha ucuz qiymətədir, xarici məhsullarda isə qiymət artımı müşahidə olunur” – deyə, satıcı bildirib.
Mövsümi olmayan meyvələrlə yanaşı, bəzi mövsümi tərəvəzlərin də qiyməti bahalaşıb.
Videonu təqdim edirik: