Türkiyə Mərkəzi Bank lirənin ucuzlaşmsı ilə bağlı açıqlama yayıb.
SÜLH.İNFO.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının üzən məzənnə rejimində məzənnə səviyyəsinə dair heç bir öhdəliyi yoxdur:
“Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank yalnız həddindən artıq olarsa, məzənnəyə müdaxilə edə bilər. Valyuta bazarlarında qeyri-real və iqtisadi əsaslardan tamamilə uzaq olan qeyri-sağlam qiymət formalaşması müşahidə olunur. Şirkətlərimiz və vətəndaşlarımız dəyişkən bazar şəraitində iqtisadi əsaslardan tamamilə uzaq olan dəyərlərlə ticarət etməklə mümkün itkilərə qarşı xəbərdarlıq etmək üçün bu açıqlama verilir” – deyə açıqlamada qeyd olunub.