Sosial şəbəkədə fotolarını paylaşan danimarkalı super model Helena Kristensen gənc görünüşü ilə pərəstişkarlarını heyran edib.
SÜLH.İNFO.az fotolar və şərhləri onun “Instagram” hesabından görmək mümkündür.
Yeni çəkiliş üçün 52 yaşlı məşhur iki obraz götürüb: krujevalı qara paltar və ağ dəst.
Super model paylaşdığı şəkillərini “Vintaj və sekondhənd” kimi şərh edib.
Postun altındakı şərhlərdə pərəstişkarları onun görünüşündən heyranlıqlarını bildiriblər.
“Gözəl və eleqant”, “Helena, sən indi həyatının hər hansı dönəmindən daha gözəl görünürsən”, “Ulduzların botoks və şişirdilmiş dodaqlar dənizində bir udum təmiz hava kimi görünürsən”, “Möhtəşəm təbii gözəllik. Saçlarınız çox gözəldir”, “Helena, sizin xarici deyil, daxili gözəlliyinizi də görürük”, - deyə sosial şəbəkə istifadəşiləri modeli tərifləyiblər.