​Maaş və pensiya artımı qiymətlərə təsir edəcəkmi? - VİDEO

​Maaş və pensiya artımı qiymətlərə
10:10 24.11.2021
A- A+

Gələn ilin dövlət büdcəsində minimum əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər artacaq.

Bəs bu artımlar istehlak bazarında qiymətlərə təsir edəcəkmi?

SÜLH.İNFO.az xəbər verir ki, millət vəkili Musa Quliyev qiymət artımının sadəcə Azərbaycanla bağlı olmadığını bildirib.
 
Onun sözlərinə görə, dünyada pandemiya ilə bağlı iqtisadi fəallıq aşağı düşüb.
 
Millət vəkili əlavə edib ki, qiymətlərin tənzimlənməsində müvafiq qurumlar da öz sözünü deyəcək. Proqnoza əsasən, gələn il inflyasiya yarıbayarı azalacaq.