Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi ili çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu başlayıb.
SÜLH.İNFO.az xəbər verir ki, forumda Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy, Özbəkistan mədəniyyət naziri Azadbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.
Qeyd edək ki, forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamları və mütəxəssisləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunurlar.
3 gün davam edəcək forumda müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.