Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
SÜLH.İNFO.az "Report”a istinadən xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.
Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.
O, bundan öncə böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.
Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.