​"Camaatın ciddi bir hissəsinin əsəbləri ilə oynayırıq" - Deputat

​
13:20 24.11.2021
211 Toplum
A- A+

"Azərbaycan cəmiyyətini narahat edən məsələ rüsum və cərimə ilə bağlıdır. Hamısı arta-arta gedir. Araşdırmaq lazımdır ki, bu ikiqat artma camaatın maaşına uyğun gəlir, ya yox?!”

SÜLH.İNFO.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zaman deyib.

Deputat bildirib ki, cərimələr bütün sahələrə aiddir: “Məsələn, çıxırsan maşınla. Bir də axşam gəlirsən ki, 60 manat cəriməyə düşmüsən. Yaddan çıxır ödəmirsən, bir də görürsən ki, əlavə dəbbə pulu hesablanıb. Çıxırsan küçəyə, maska yadından çıxıb, ona görə cərimə edirlər. Məlumat verilməlidir ki,  büdcə millətə verdiyinin nə qədərini cərimə və rüsumlar vasitəsilə qaytarır? Camaatın ciddi bir hissəsinin əsəbləri ilə oynayırıq. Bunun qarşısında cavab verməliyik”. 

Deputat Tahir Mirkişili deputata cavab olaraq bildirib ki, rüsumlarda ikiqat artım yoxdur: “Bəzilərində 20-30 faiz artım nəzərdə tutulub. Elə rüsumlar var ki, tez -tez rast gəlinməyən rüsumlardır. Məsələn, pasport, sürücülük vəsiqəsi. Cərimə ona görə müəyyən olunur ki, siz qaydanı pozmayasınız. Bunun fəlsəfəsi pul yığılması deyil. Ancaq dəbbə pulunun hesablanması ilə bağlı bizə də şikayətlər daxil olur. Bunu araşdıracağıq”.