Ukrayna miqrasiya böhranına yol verilməməsi üçün Belarusla sərhəddə xüsusi əməliyyat keçirir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
“Belarus sərhədində “Polesye” əməliyyatı Dövlət Sərhəd Xidməti tərəfindən koordinasiya olunur və Milli Qvardiya, Polis, Ukrayna Silahlı Qüvvələri ilə birgə həyata keçirilir. Bunlar miqrasiya böhranının və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə Ukrayna sərhədinin mühafizəsini gücləndirmək üçün əlavə tədbirlərdir”, - məlumatda qeyd olunub.