Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1924 yeni yoluxma faktı qeydə alınıb, 1873 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
***
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34474 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6418, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23827 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10363317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5059543, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4538992, buster doza üzrə vaksinasiya olunanların sayı isə 764782 təşkil edir.