Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
SÜLH.İNFO.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik - leytenantı Şakir Rüstəmov Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Ş.Rüstəmov bu təyinata qədər Qazax RPŞ-da xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.