Xaridə təhsil alib gələn tələbələr diplomların tanınması üçün Təhsildə Keyfiyyət Təminati Agentliyinə onlayn qaydada müraciət etməlidirlər.
SÜLH.İNFO.az Real TV-yə istinadən xəbər verir ki,bunun üçün onlar
www.taninma.az keçidinə daxil ola bilərlər, orada həm müraciət qaydaları, həm tələb olunan sənədlər, həm də birbaşa müraciət et bölməsi fəaliyyət göstərir.
Diplomların tanınması zamanı tələbələrin və onların yaxılarının diqqət etməli vacib məqamlardan biri təhsilə başlamamışdan öncə və təhsil müddəti ərzində təhsil müəssisəsinin qoyduğu tələblərin yerinə yetirilməsidir. Təhsildə Keyfiyyət Təminati Agentliyindən bildirildi ki, tələbələr xaricdə diplom almaqdan çox bilik əldə etməkdə maraqlı olmalıdırlar.
Statistikaya əsasən diplomların tanınması üçün mürəciət edən ərizəçilərin 80 faizdən çoxu diplomların tanınması ilə bağlı uğurlu nəticə əldə ediblər. yerdə qalan 20 faizi isə ölkəmizin ali təhsil üzrə Dövlət standartı uyğun gəlməyənlərdir. Təhsildə Keyfiyyət Təminati Agentliyindən bildirildi ki, imtina ilə qarşılaşan vərtəndaşlar əsasən məlumatsızlıq və yanlış yönləndirmə səbəbindən diplomlarını təsdiq edə bilməyiblər.
Agentlikdən bildirildi ki, vətəndaşlar bu kimi problemlərlə qarşılaşmamaq üçüm tövsiyyə olunur ki heç bir fərd və ya şirkətlərlə xaricdə təhsillə bağlı bu prosesləri aparmasınlar, Təhsildə Keyfiyyət Təminati Agentliyi ilə əlaqə saxlayaraq onlara müraciət ünvanlasınlar. Qeyd edək ki, Ölkə ərazisində tanınan xarici diplomlar barədə məlumatlar myGov portalı vasitəsilə təklif olunan xidmətlərin siyahısına əlavə edilib. Yazılan xüsusi veb-servis əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron reyestri üzrə məlumatların myGov portalına ötürülməsi təmin edilib.