Sabirabad rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə SÜLH.İNFO.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.