Azərbaycan Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinanı milli bayramı - Dövlətçilik Günü münasibətilə təbrik edib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.
“Milli bayram - Dövlətçilik Günü münasibətilə dost Bosniya və Herseqovina xalqına və hökumətinə firavanlıq arzulayırıq”, - paylaşımda qeyd olunub.