Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
SÜLH.İNFO.az xəbər verir ki, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna və Şuşa şəhərinə səfər ediblər.