Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
SÜLH.İNFO.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onun bir övladı var.
Qeyd edək ki, R.Mütəllimovun bir müddət öncə psixoloji problemlərdən əziyyət çəkdiyi üçün DİN-in Hospitalında müalicə aldığı bildirilir.
***
Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
DİN Mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.
Hazırda məsələ araşdırılır.