Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
SÜLH.İNFO.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində fəaliyyət göstərən istehsal müəssisələrindən birində qeydə alınıb.
Müəssisənin əməkdaşı, 1956-cı il təvəllüdlü Vaqif Əliverdi oğlu Əliverdiyev binanın 4-cü mərtəbəsində liftin yuxarı çıxmasını gözləyib. Qapı açılıb, lift gəlmədiyində o, şaxtaya düşərək ölüb. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.