Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) İsmayıl Şirinovun özünə kəsici alətlə xəsarət yetirdiyi məlum olub.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Unikal”a açıqlamasında DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru,polis baş leytenantı Mahir Məsimov məlumat verib.
Hazırda Mingəçevir ŞPŞ-də toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün prokurorluğa göndəriləcək.
***
Mingəçevirdə hərbçi bıçaqlanıb.
SÜLH.İNFO.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində baş verib.
Səhər saatlarında 1999-cü il təvəllüdlü İsmayıl Farizarif oğlu Şirinov mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Bıçaqlanan şəxsin Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.