​Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

​Azərbaycan XİN Rusiyaya başsağlığı
09:30 26.11.2021
193 Siyasət
A- A+

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN Tvitter səhifəsində paylaşım edib.

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - başsağlığında deyilir.

Qeyd edək ki, "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.