Pomidor turşusundan zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva sağalıb.
Kliniki Tibbi Mərkəzdən SÜLH.İNFO.az -a bildirilib ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.
Qeyd edək ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin gün gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi.