​Əli Əsədov Rusiyanın baş nazirinə başsağlığı verdi

​Əli Əsədov Rusiyanın baş nazirinə başsağlığı
12:59 26.11.2021
226 Siyasət
A- A+

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə  SÜLH.İNFO.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.