Gəncənin Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlanıb.
Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.