​Elmar Vəliyevi güllələyən şəxsdən XƏBƏR VAR

​Elmar Vəliyevi güllələyən şəxsdən
15:45 26.11.2021
328 Hadisə
A- A+

Bakı Apellyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin apellyasiya məhkəməsi başlayıb.

SÜLH.İNFO.az-ın  məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə 21 bənddən ibarət vəsatət təqdim ediblər. Hakimlər vəsatətlərə növbəti prosesdə baxmağı qərara alıb.

Proses dekabrın 15-də davam etdiriləcək.

Apellyasiya şikayətinə görə, təqsirləndirilən şəxslər ittihamlar üzrə Cinayət Məcəlləsinin təkcə 29,120.1-ci maddəsi ilə təqsirli bilinmələrini, digər maddələr üzrə onlara bəraət verilməsi istəyir.