​Tibb işçilərinin əməkhaqları ilə bağlı yeni QƏRAR

​Tibb işçilərinin əməkhaqları ilə bağlı yeni
20:45 26.11.2021
207 Toplum
A- A+
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
 
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
 
Sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək.
 
Qeyd edək ki, əvvəlki qərarla bu müddət 2021-ci il noyabrın 1-dək olan dövrü əhatə edirdi.