Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən zavodun barıt istehsalı sexində partlayış baş verib.
SÜLH.İNFO.az yerli mətbuata istinadən bildirir ki, hadisə zamanı müəssisədə 17 nəfər olub.
Onlardan 15-nin cəsədi tapılıb, bir nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Bir nəfər isə itkin düşmüş sayılır (onun da həlak olduğu güman edilir).
İlkin ehtimallara görə yanğına səbəb istehsalat prosesinin pozulması göstərilir.
Mənbə: "TASS" agentliyi