Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb.
SÜLH.İNFO.az musavat.com-a istinadən xəbər verir ki, Sabiq nazir paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən, tanınmış ictimai-siyasi fəal İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedibmiş. Lakin toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.