Bakıda restoranda ölüm hadisəsi baş verib.
SÜLH.İNFO.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən “Mangal Steak House” restoranında qeydə alınıb. Orada qonaq olan 81 yaşlı Rüfət Əsədov qəfildən ölüb.
Onun ürəktutmandan öldüyü ehtimal edilir.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.