Müğənni İzzət Bağırov "Bazar düzü" verilişinə qonaq olub.
SÜLH.İNFO.az xəbər verir ki, müğənni veri.iş boyunca maraqlı açıqlamalar verib. Belə ki, o bir çox dəbi səhnəyə onun gətirdiyini deyib.
"Mənə görə yaxası uzun olan köynəkləri mağazalarda satırdılar. Satıcı deyirdi, sənə görə 200 ədəd satmışam. Mənim özümə də pulla verirdi. İndi isə deyirlər, gəl, mağazada dayan, 1 reklam et, sənə də köynək verək. Saçda tağ ayırmaq, saç düzümü, mikrofun atıb tutmaq... Bunları mən gətirmişəm. Bunlar müğənninin aksesuarıdır. Əgər mənim saatım, ayaqqabım geyimimə uyğunlaşmırsa, olmaz. Baxıram kimdəsə heç nə uyğunlaşmır, özümü narahat hiss edirəm. Geyimdə hər şey bir-birini tamamlamalıdır. Üstümdə 6 yox, uzağı 2 rəng olub".