Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən ölkə çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SÜLH.İNFO.az "Unikal" -a istinadən xəbər verir ki, hökmə əsasən, F.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fikrət Rəhimov kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.