Azərbaycanda COVİD-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.
Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVİD-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.