​İstanbulda güclü külək: 4 ölü, 19 yaralı

​İstanbulda güclü külək:
20:38 29.11.2021
188 Dünya
A- A+

Türkiyədə əlverişsiz və yağıntılı hava şəraiti davam edir.

SÜLH.İNFO.az xəbər verir ki, İstanbulda bu gün səhər saatlarından əsən və axşama doğru daha da güclənən külək bir sıra evlərin dam örtüyünü uçurub. Şəhərin bir çox bölgəsində dam örtükləri vətəndaşların və avtomobillərin üzərinə düşüb. İstanbulun Əsənyurd və Sultanqazi rayonlarında baş verən analoji hadisə nəticəsində dörd nəfər həlak olub, 19 nəfər xəsarət alıb.

Əsən güclü külək ölkənin Bursa vilayətində 270 illik çinar ağacını kökündən çıxarıb. Şəhərin Osmanqazi rayonunda evlərin dam örtükləri tramvay xətlərinin və vaqonların üzərinə düşüb. Bu səbəbdən bəzi tramvay reysləri təxirə salınıb. Trabzon-Bursa aviareysi üzrə hərəkət edən “Anadolu Jet” aviaşirkətinə məxsus təyyarə güclü cənub-qərb küləyi səbəbindən Yenişehir hava limanına enə bilməyib və Ankaraya yönləndirilib.

Ölkə ərazisində yağan güclü yağışlar nəticəsində İzmirdə və Kocaelidə avtomobil və tramvay yollarında böyük gölməçələr yaranıb, bəzi ictimai obyektləri su basıb. Bir sıra qayığa ciddi ziyan dəyib. İstanbul, İzmir, Bursa və digər vilayətlərdə dəniz səfərləri müvəqqəti dayandırılıb. İstanbulun Bosfor boğazı da gəmi keçidləri üçün müvəqqəti bağlanıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Bu barədə əhaliyə xəbərdarlıq edilib.