​Tibbi maskalarla bağlı qaydalar sərtləşdirildi

​Tibbi maskalarla bağlı qaydalar
21:20 29.11.2021
198 Dünya
A- A+
İngiltərədə noyabrın 30-dan ictimai nəqliyyatda, ticarət müəssisələrində, banklarda, poçt şöbələrində tibbi maska taxmaq məcburi olacaq.
 
SÜLH.İNFO.az xəbər verir ki, bu qaydanı ilk dəfə pozanlar 200 funt, ikinci dəfə və daha sonrakı hallarda hər dəfə ikiqat artmaqla maksimum 6400 funt məbləğində cərimə ödəyəcəklər. Cəriməni 14 gün ərzində ödəyənlər üçün 50 faizlik endirim tətbiq olunacaq.
 
Maska taxmaq qaydası ictimai iaşə müəssisələrinə, mədəniyyət ocaqlarına şamil olunmur. Həmçinin parlamentin İcmalar Palatası üzvləri üçün də maska taxmaq vacib deyil.
 
Qeyd edək ki, sözügedən qayda Şotlandiya, Uels, Şimali İrlandiyada tətbiq olunmayıb.