Azərbaycan Premyer Liqasında XII tur başa çatıb.
SÜLH.İNFO.az xəbər verir ki, turun son günündə mərkəzi oyun olub.
Buna qədər ikinci pillədə qərarlaşan “Qəbələ” doğma arenasında lider “Qarabağ”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qolsuz bərabərlik qeydə alınıb. Bununla “Qarabağ” ən yaxın izləyicisi ilə 5 xallıq fərqi qoruyub. Ancaq bu, bir gün əvvəl qələbə qazanan “Zirə”nin bölgə təmsilçisi ilə xalları bərabərləşdirməsinə səbəb olub.
Turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i, “Sabah” “Keşlə”ni eyni - 2:1, “Zirə” “Sumqayıt”ı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, Premyer Liqada XIII turun oyunları dekabrın 4-5-də keçiriləcək.